Koronavirus xəstəsi "Niva"da tutuldu - FOTO
27 noyabr 2020 15:49 (UTC +04:00)

Koronavirus xəstəsi "Niva"da tutuldu - FOTO

0

Şəkidə yaşadığı ünvanı tərk edən daha bir COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon sakini Davud Hüseynovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşlarının dərhal keçirdiyi tədbirlərlə D.Hüseynovun “Niva” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olduğu məlum olub. Onun olduğu ünvan müəyyən edilib və polis əməkdaşlarının da müşayiəti ilə evinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan D.Hüseynov barəsində Şəki şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2050

Oxşar yazılar